Siyasət

1 nazirlik və 1 komitə ləğv edildi - 2 DÖVLƏT XİDMƏTİ YARADILD


Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinin təsdiq olunmuş yeni strukturuna əsasən, nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.
 
bunlar qurumun tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin bazasında yaradılan Əmlak Məsələləri Dövlət Xidməti və Vergilər Nazirliyinin bazasında yaradılan Dövlət Vergi Xidmətidir.
 
Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Beləliklə, nazirliyin tabeliyində 3 dövlət xidməti olacaq.
 
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib. 

 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu
 
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri.
6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.
 
YENİ İQTİSADİYYAT NAZİRİ TƏYİN EDİLİB
 
Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı sərəncam Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.